Əvvəlcə Kiyev ABŞ-dan 128 dördüncü nəsil F-16 qırıcısı istədi, Vaşinqton hesab edir ki, gələcəkdə Ukraynaya 50-dən 80-ə qədər Qərb qırıcısı lazım olacaq. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Kolin Kal deyib.
“Ukrayna Hərbi Hava Qüvvələrinə yeni baxış orta və uzunmüddətli perspektivdə əhəmiyyətli olacaq” deyə Pentaqonun rəhbərinin müavini tələb olunan qırıcıların sayı ilə bağlı suala cavab olaraq bildirib.
Daha əvvəl Ukraynaya təyyarə tədarükünün olmaya biləcəyini bildirən Kahl, bu vəziyyətdə ukraynalı pilotlara F-16 qırıcıları üzərində işləmək üçün təlim keçməyə başlamağın mənasız olduğunu bildirib.
Havar Şəfiyeva