ABŞ Ukraynanın qələbəsinə inamını itirdiyini açıqladı

ABŞ prezidenti Ronald Reyqanın keçmiş müşaviri Duq Bandou bildirib ki, ABŞ Ukraynanın qələbəsinə inamını tamamilə itirib. Elchi.az xəbər verir ki, bu barədə o, "The American Conservative" üçün yazdığı məqalədə yazıb. Bandou Ukraynanın qələbəsinə inamını itirdiyini açıqlayıb və vurğuladı ki, Ukrayna hərbçiləri münaqişədə ikinci qışı yaşasa da, ABŞ prezidenti Co Bayden administrasiyası Kiyevin uğuru haqqında düşüncələrdən əl çəkib. Ekspert ABŞ-ın Ukrayna ilə bağlı bəyanatlarının xeyli dəyişdiyini vurğulayıb. Əgər münaqişənin əvvəlində Ağ Ev Krımı ələ keçirməyi və Rusiyanın məğlubiyyətinə nail olmağı planlaşdırırdısa, indi Vaşinqton münaqişənin diplomatik yolla həllinə və Moskva üçün yeni ərazilərin saxlanmasına çağırır. Qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti Ukraynanı əvvəlki illərdəki səviyyədə dəstəkləmək imkanlarına şübhə ilə yanaşırdı. Departament aydınlaşdırıb ki, Kiyevə göstərilən yardımın həcmi çətin ki, 2022-2023-cü illər səviyyəsində olacaq. Havar Şəfiyeva