ABŞ: “Ukraynada vurulan bütün təyyarələrə görə Putin məsuliyyət daşıyır”
“Donbas üzərində Malayziya avialaynerini vuran rusiyayönlü separatçılar bunu Rusiyanın iştirakı olmadan edə
bilməzdilər”. musavat.com-un “Azadlıq” radiosunun Ukarayna bölümünə istinadən verdiyi məlumata görə, belə bir açıqlama ilə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Xarf çıxış edib.

Onun sözlərinə görə, baş verən olaya görə məsuliyyət Rusiya prezidenti Vladimir Putinin üzərindədir. “Təkcə buna görə yox, həm də Ukraynadakı konflikt zamanı yaşanan hər bir insidentə görə. Elə bilirəm, bu, tamamilə aydın məsələdir. Rusiyalılar baş verənlərlə bağlı dəfələrlə yalan danışıblar. Onlar deyirdilər ki, Krımda orduları yoxdur. Halbuki ordu hər yerdə var idi. Odur ki, ruslara heç bir inam-etimad yoxdur. “Onlar 10-dan çox təyyarə vurublar, yalnız bunu vurmayıblar” fikri heç bir sağlam məntiqə sığmır”, - deyə qurum sözçüsü qeyd edib.
Xarf əlavə edib ki, konkret olaraq kimin düyməyə basdığını müəyyən eləmək üçün ABŞ-ın araşdırması davam edir.
Musavat.com