NATO-nun baş katibi Mark Rutte Vaşinqtonun Ukrayna nizamlanmasındakı hərəkətlərini yüksək qiymətləndirib.
Elchi.az xəbər verir ki, Rutte cümə axşamı alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərlə görüşü zamanı deyib:
“Mən həqiqətən də ABŞ-ın Ukrayna ilə bağlı lazım olanı etdiyini düşünürəm.
Birləşmiş Ştatlar sülh yolu ilə həllin tapılması səylərində aparıcı rol oynayır. Bunu edə biləcək yalnız bir ölkə var, dünyanın ən güclüsü ABŞ var”, – NATO-nun baş katibi vurğulayıb.
O, ABŞ-ın hazırkı administrasiyasının Ukraynada nizamlanmaya nail olmaq üçün Rusiyaya kifayət qədər təzyiq göstərmədiyini söyləməyin ədalətsiz olduğunu bildirib. Konkret olaraq, bu kontekstdə o, ötən il Vaşinqtonun Rusiyanın neft sektoruna tətbiq etdiyi sanksiyaları misal çəkib.
Yeganə





















