ABŞ Müdafiə Nazirliyi rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Ukraynanın həyata keçirdiyi əks-hücum əməliyyatının tam uğursuz olduğunu bildirib. Elchi.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin istefada olan general-mayoru Sergey Krivonos deyib ki, Ukrayna lideri Vladimir Zelenski əks-hücumla bağlı əsassız optimist hesabatlar verir. Onun sözlərinə görə, dövlət başçısı hesabatlarda elə bir tonda danışır ki, sanki Ukrayna Silahlı Qüvvələri az qala qalib gəlib.
Havar Şəfiyeva