ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Suriya səmasında Türkiyəyə məxsus döyüş pilotsuz təyyarəsini vurub. Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, pilotsuz təyyarə Amerika bazasına çox yaxın uçduqdan sonra vurulub. Türkiyə buna cavab olaraq neft quyularına, silah anbarlarına və Vaşinqtonun dəstəklədiyi qərargalara zərbələr endirib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin daha sonra türkiyəli həmkarı Yaşar Gülərə zəng edərək, Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını etiraf edib və vəziyyətin gərginliyini azaltmağa çağırıb.
Havar Şəfiyeva