ABŞ Çindən artan hərbi təhlükə qarşısında Tayvana tank əleyhinə mina sisteminin satışını təsdiqləyib.
Elchi.az bu barədə erməni mediasına istinadən xəbər verir.
ABŞ Dövlət Departamentindən bildirilib ki, Vulkan sistemi və bütün əlaqədar avadanlıqlar təxminən 180 milyon dollara başa gələcək. Tayvanın ümumi təyinatlı silah növü olan avtomobil versiyasını alacağı deyilir.
Dövlət Departamenti bildirib ki, Vulkanın satışı alıcının hərbi qüvvələrini modernləşdirmək və güclü müdafiə qabiliyyətini saxlamaq üçün davam edən səylərini dəstəkləməklə ABŞ-ın milli, iqtisadi və təhlükəsizlik maraqlarına xidmət edir.
Yeganə