ABŞ siyasəti Yaxın Şərqdə növbəti müharibəyə səbəb ola bilər

65

“The Wall Street Journal”-ın rəy bölməsində ABŞ-ın Yaxın Şərqdə yeni müharibəyə səbəb ola biləcəyi fikrini ifadə edən məqalə dərc edilib.

Elchi.az xəbər verir ki, məqalədə əvvəllər ABŞ prezidenti Co Bayden administrasiyasının seçdiyi xarici siyasət kursunun uğursuzluğundan bəh olunub ki, bu da Vaşinqtonun nə İran, nə də Rusiya Federasiyası ilə heç nə edə bilməməsi ilə nəticələnib və yalnız onların öz siyasətini koordinasiya etməyə başlamasına nail olub. 

Müəllif hesab edir ki, Bayden administrasiyası ABŞ-ın rəhbərlik etdiyi dünya nizamına təhlükəni lazımi səviyyədə qiymətləndirməyib, Çini əsas təhlükə kimi göstərib, lakin Rusiya, İran və onların müttəfiqlərinin artan təsirini qabaqcadan görməyib.

Nəticədə bu, Vaşinqtonun sakit dünyada təcrid olunmuş Çinlə üzləşmək əvəzinə, Avropa və Yaxın Şərqdə münaqişələrlə üzləşməsinə gətirib çıxarıb. Üstəlik, bu, İranın nüvə silahı əldə etmək səylərinin güclənməsi və Tehranla Moskva arasında əməkdaşlığın güclənməsi fonunda baş verir.

Yeganə