Elchi.az xəbər verir ki, Çin liderinin planları ilə tanış olan mənbələr Çin prezidenti Si Cinpinq yaxın aylarda Moskvaya gələcək.
“The Wall Street Journal”ın yazdığına görə, siyasətçinin səfərinin planlaşdırılması hələ ilkin mərhələdədir və onun tarixləri müəyyən edilməyib. Yəqin ki, Çin prezidentinin Rusiyaya səfəri aprel və ya mayda baş tutacaq. Qəzetin mənbələrinin məlumatına görə, Si Cinpin Ukrayna üzrə sülh danışıqlarını dəstəkləmək və nüvə silahından istifadənin yolverilməzliyini bəyan etmək niyyətindədir.
Xatırladaq ki, Çin lideri Ukrayna ilə bağlı dinc çıxış etməyi planlaşdırır. İtaliyanın xarici işlər naziri Antonio Tajaninin sözlərinə görə, bu, Rusiya hərbi xüsusi əməliyyatının ildönümündə – fevralın 24-də baş verməlidir.
Şayəstə