Amerikalı respublikaçı senator Lindsey Graham “HƏMAS”-ın İsrailə hücumundan sonra İranı zərbələrlə hədələyib. Elchi.az xəbər verir ki, bu barədə “Newsweek” yazır.
Senator bildirib ki, İsraildə münaqişənin eskalasiyasını dayandırmağın yeganə yolu ABŞ-ın birbaşa müdaxiləsi və HƏMAS ilə əlaqələri səbəbindən İrana hücumdur. O hesab edir ki, Tehran silahlıların hücumunu planlaşdırıb, ona görə də adekvat cavab İranın neft emalı zavodlarına hücum olacaq.
“Mən əminəm ki, bu, iranlılar tərəfindən planlaşdırılıb və maliyyələşdirilib. HƏMAS heyvanlar kimi rəftar edilməyə layiq heyvanlar dəstəsidir”- deyə o əlavə edib.
Bundan əvvəl Fələstin prezidenti Mahmud Abbas Təl-Əvivin hərəkətlərini təcavüz adlandıraraq BMT-dən İsrailə qarşı mübarizədə kömək istəyib.
Havar Şəfiyeva