ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya qəbul protokolunu “dərhal” ratifikasiya etməyə çağırıblar.
Elchi.az xəbər verir ki, ABŞ Senatının NATO Müşahidə Qrupunun həmsədrləri, demokrat senator Jeanne Shaheen və respublikaçı senator Tom Tillis İsveçin NATO-ya qəbul protokolu ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Senatorlar birgə bəyanatlarında qeyd ediblər ki, İsveç həm bugünkü çağırışların, həm də sabahın təhlükələrinin öhdəsindən gəlmək üçün NATO-ya unikal imkanlar qazandıracaq.
Bu kontekstdə senatorlar Macarıstanın baş naziri Viktor Orbanı İsveçin NATO-ya qəbul protokolunu dərhal təsdiq etməyə çağırıblar “Əvvəlki çoxsaylı ictimai öhdəliklərə baxmayaraq, Macarıstan İsveçin təklifini təsdiqləməyən sonuncu NATO üzvüdür və həm vaxt, həm də səbr tükənir”, o deyib.
Senatorlar Macarıstanın “hərəkətsizliyi”nin ABŞ və NATO ilə münasibətlərinə dönməz şəkildə zərər vurması riskini irəli sürdülər.
NATO-nun yeni üzvün qəbulu ilə daha da güclənəcəyini bildirən senatorlar, “Macarıstanın transatlantik ailəyə bağlılığını davam etdirməsinin, İsveçin isə üzvlük protokollarına dərhal səs verməsinin vaxtı çatıb” deyib.
Şayəstə Hüseynova