"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`ABŞ sanksiya tətbiq edərsə, Azərbaycan ciddi ziyan çəkməyəcək`- Əli Hüseynli

27 Dekabr 2015 - 10:03
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

“ABŞ bilməlidir ki, Qafqaz regionunda, Şərq və müsəlman ölkələri arasında Türkiyə qədər ciddi partnyorunu itirə bilər”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin “Report”a müsahibə verib.

– ABŞ konqresmeni Kristofer Smitin Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsinin qəbul olunması və ABŞ-ın Azərbaycana sanksiya tətbiq etməsi nə dərəcə realdır?

– ABŞ Konqresinə qanun layihəsinin təqdim olunması üçün müəyyən bir prosedur var. Bizə məlum olan odur ki, qanun layihəsini Kristofer Smit hazırlayıb. Hamı bilir ki, o, ermənipərəst insandır, erməni lobbisi tərəfindən maliyyələşdirilir. Əlbəttə ki, bu baxımdan bizim addım adekvat olmalı idi. Mən bunu təqdirəlayiq hesab edirəm ki, müstəqil deputat, “Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, eyni zamanda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsini hazırlayıb, belə bir təşəbbüslə çıxış edib. Mətbuat vasitəsilə xəbər tutanda ki, o, belə bir layihə hazırlayıb, bu bizi sevindirdi. Hesab edirik ki, həmkarımız düzgün addım atıb. ABŞ-da da Konqresin qanunvericilik proseduru var. Bu, Azərbaycan Milli Məclisində də mövcuddur. Hesab edirəm ki, biz onların hansı addımlar atacağını izləməliyik. Çünki gizli deyil ki, məhz ilk növbədə ABŞ tərəfi bu addımı atdığına görə Azərbaycan tərəfi bu təşəbbüsü irəli sürüb. Həmkarımız Rövşən Rzayev bunu niyə etdiyini əsaslandırıb və aydındır ki, Smitin qanun layihəsi ilə bağlıdır. ABŞ-da belə bir addım atılmasaydı, Azərbaycanda da belə bir təşəbbüslə çıxış olmazdı. Azərbaycanda ABŞ-ın siyasətilə bağlı fikirlər söylənilir, tənqidlər də eşidilir, amma qanun layihəsi təqdim etmək mərhələsi heç vaxt olmamışdı. Deməli, bu, Smitin atdığı addımla bağlıdır. Həmkarımızı bəzi məqamlarda sosial şəbəkələrdə və digər yerlərdə tənqid edirlər. Mən bunu anlamıram. Çünki Smit sadə amerikalı konqresmen deyil. Hamıya aydındır ki, o, erməni lobbisinin dəstəyi ilə bu addımı atır. Azərbaycanda vətəndaş cəmiyyəti, siyasətçilər, bir sözlə, hamı Rövşən Rzayevin bu addımını dəstəkləməlidir. Axı, bu, erməni lobbisinin bizə hücumudur. Əlbəttə ki, burada insan hüquqları bəhanədir. Bizim üçün dövlətlərin böyüyü, kiçiyi anlayışı yoxdur. Elə hallar olub ki, Azərbaycan qonşuluğunda olan böyük dövlətlərə iradını bildirib. Məsələn, qardaş Türkiyədə Ermənistanla sərhədin açılması mövzusu ortaya çıxanda dərhal Azərbaycan iradəsini ortaya qoydu. Azərbaycan parlamentinin deputatları Türkiyəyə səfər etdilər, bunun qarşısının alınması ilə bağlı danışıqlar apardılar. Bundan başqa, bir müddət öncə Rusiyada sadə bir azərbaycanlı Orxan Zeynalov cinayət hadisəsi törətməkdə ittiham olunurdu, onun müdafiə hüquqları pozulurdu. Azərbaycan dövləti, ölkəmizin Rusiyadakı səfirliyi, ictimaiyyət səsini qaldırdı. Bilirsiz ki, Rusiya böyük dövlətdir, Azərbaycanla müttəfiqdir, strateji dost ölkədir. İranda da bu kimi hallar olanda Azərbaycan dərhal reaksiya verib. İndi niyə insanlar hesab edirlər ki, Amerika Birləşmiş Ştatları toxunulmazdır?! Mənə də suallar verənlər olur ki, nə üçün sizin komitənin nümayəndəsi belə təşəbbüs irəli sürüb. Təəccüblənirəm ki, görəsən, insanlar nədən çəkinirlər? Burada bizi milli təəssüb hissi birləşdirməlidir. Siyasi baxışlarımız fərqli ola bilər, amma erməni lobbisinin bizə qarşı atdığı addıma adekvat hərəkətimizdə, məncə, biz daha təəssübkeş olmalıyıq. Rövşən Rzayevin təqdim etdiyi qanun layihəsi Milli Məclisin aidiyyəti komitələrinə təqdim olunmalıdır. Layihə komitə müzakirələrindən keçməlidir, baxılmalıdır, müəyyən düzəlişlər ola bilər. Yəni Milli Məclisin plenar iclasına çıxarılana qədər müəyyən prosedurlardan keçməlidir. Yəqin ki, qərarımız paralellik təşkil edəcək. ABŞ Konqresi hansı addımı atacaqsa, biz də o addımı atacağıq. Çox arzu edərdik ki, ABŞ Konqresi bunu qəbul etməsin. Ümidvarıq ki, ABŞ-da Azərbaycanla – Şərqin ilk demokratik respublikası, regionun ən güclü ölkəsi ilə davamlı əməkdaşlıq ruhunu qoruyub, inkişaf etdirmək istəyən qüvvələr daha çoxdur. Biz buna inanırıq, hətta əminik. Amerika Azərbaycanla bağlı qərar qəbul edərsə, bizim də addımımız olacaq. O başqa mövzudur ki,
bu, nə dərəcədə təsirli ola bilər…

– Rövşən Rzayevin hazırladığı qanun layihəsinə ironiya ilə yanaşanlar da oldu…

– Bəli, bəziləri buna ironiya ilə yanaşdılar. Amma bu, müzakirə predmeti deyil. Bizim ərazimiz də, xalqımızın sayı da məlumdur. Əsas odur ki, biz müstəqil dövlətik. Məsələyə bu cür yanaşıram.

– Bu məsələyə cəmiyyətin reaksiyasından tam razısınızmı?

– Xeyr. Bunu təkcə hakimiyyət nümayəndələri müdafiə etməli deyil. Cəmiyyətin bütün təbəqələri bu məsələdə aktiv olmalıdırlar. Hesab edirəm, müxalifət belə bunu dəstəkləməlidir. Amma bunu müşahidə etmədik. Bəlkə də yanılıram. Konkret olaraq aktiv dəstək görmədim. Bizim parlamentdəki həmkarlarımızın böyük əksəriyyəti, hətta müxalif təmsilçilər də Rövşən Rzayevin layihəsini dəstəkləyiblər. Düzdür, tənqidi fikirlər də səsləndiriblər. Doğrusu, bu mənə o qədər də aydın deyil. Bu o mövzu deyil ki, mübahisə edək. Çünki tənqid edənlərin arqumenti budur, o, ABŞ-dır, dünyanın nəhəng dövlətidir, toxunulmazdır. Başqa bir arqumentləri yoxdur. Biz “böyük qardaşlar”dan qurtulmuş müstəqil dövlətik. İndi onlar böyük qardaş tapıblar?!

– Qarşılıqlı sanksiyalar tətbiq olunarsa, hansı tərəf daha çox itirə bilər?

– Bu sualı sıravi vətəndaşlara ünvanlasaz, onlar obyektiv cavablar verəcəklər. Bu məsələyə sadə vətəndaşın gözündən baxaq. Sadə vətəndaş üçün Amerika Birləşmiş Ştatları çox uzaq, əlçatmaz, okeanın o tayında olan bir ölkədir. Orada az qisim azərbaycanlıların biznesi, iqtisadi maraqları var. Burada strateji əməkdaşlığı nəzərdə tutmuram. Bundan əlavə, ABŞ-da bir neçə şəxs təhsil alır. Bundan əlavə nə var ki? Sizin həyatınızda Amerika nə rol oynayır ki? Bu, ABŞ deyil, Çin olsaydı, ciddi düşünməyə dəyərdi. Türkiyə də olsaydı, ciddi düşünərdik. Sadə Azərbaycan vətəndaşının gündəlik iqtisadi, biznes, qohumluq münasibətləri baxımından deyə bilərəm ki, yaxın ölkələrlə münasibət vacibdir. Bu ölkələr Türkiyə, Rusiya, İran, Gürcüstan və ərəb ölkələridir. Bu ölkələr Azərbaycan vətəndaşlarının gündəlik həyat tərzlərinin iştirakçılarıdır. Xatırlayırsınızsa, bir müddət öncə Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi. Bizim üçün o, sadə kağız parçasıdır. Bu qətnamənin qəbul edilməsindən bir neçə ay keçib. Nə dəyişib ki?! Bu sanksiyalar daha çox rəsmilərə qarşı yönəlib. Misal üçün, rəsmi şəxslərə viza qadağasının qoyulması… Hesab edirəm ki, indi elə məqamdır ki, rəsmi şəxslər nə qədər çox Azərbaycanda olsalar, bir o qədər yaxşıdır. İstirahəti də Azərbaycanda etmək lazımdır. Əgər rəsmi, vəzifəli şəxslərə vizalar verilməzsə, ölkəmiz daha çox qazanar. Yəni demək istəyirəm, bu, hamımız üçün yaxşı olar. Azərbaycanda turizmi inkişaf etdirmək lazımdır. Rəsmi şəxslər istirahətlərini ölkəmizin gözəl guşələrinin birində etməlidir. Turizm sahəsi harada yaxşı deyilsə, düzəltsinlər. Məncə, insanlar sanksiyalardan ziyan çəkməzlər. Burada heç bir narahatlıq yoxdur, əksinə, faydalıdır. Buna oxşar sanksiyalar bir sıra ölkələrə tətbiq edilib. Məsələn, zamanında İrana qarşı saksiya tətbiq etdilər, nəticəsi nə oldu ki?! İran daha da gücləndi, səhiyyəsi, təhsili, kənd təsərrüfatı xeyli inkişaf elədi. Belarusu götürək, keçmiş sovet ölkələrindən biridir, Azərbaycana da yaxın dost və qardaş ölkədir. Həmin ölkəyə uzun illər sanksiya tətbiq edirdilər. Belarus xeyli inkişaf edib. “Qarşılıqlı sankiyaların tətbiqində hansı ölkə daha çox ziyan çəkər” sualına desəm ki, ABŞ ziyan çəkər, ciddi görünməz. Deyə bilərəm ki, biz hansısa ciddi ziyan çəkməyəcəyik. ABŞ bilməlidir ki, Qafqaz regionunda, Şərq və müsəlman ölkələri arasında Türkiyə qədər ciddi partnyorunu itirə bilər. Hesab edirəm, ABŞ siyasətçiləri bu barədə düşünməlidirlər. Çünki hər kəsə məlumdur ki, regionda Azərbaycanın yeri xüsusidir. Bunu onların özləri də etiraf ediblər.

– Neftin qiymətinin süni şəkildə aşağı salınması dünyada iqtisadi böhran yaradıb. Prezident İlham Əliyev də çıxışında bildirib ki, bu, düşünülmüş siyasətdir. Sizcə, Azərbaycan bu mərhələni necə keçəcək?

– Əlbəttə, bu, düşünülmüş siyasətdir. Bizdəki proseslər digər neft ölkəsi Rusiya ilə paralel olmalı idi. Yəni proses bir müddət əvvəl neftin qiyməti düşəndə başlamalı idi. Azərbaycan Prezidentinin yürütdüyü düşünülmüş siyasət idi ki, prosesi manatın indiki devalvasiyasına qədər yumşaq keçirdik. Bilirsiz ki, proses çoxdan başlayıb. Təxminən, 10-15 gün bundan əvvəl məlum olanda ki, neftin bir barelinin qiyməti 37 dollardan da aşağı düşür və o da məlumdur ki, bunun səbəbkarı Amerika Birləşmiş Ştatlarıdır, artıq başqa çıxış yolu qalmırdı. Əlbəttə ki, bu, insanlar üçün çətindir. Mənə elə gəlir, burada dözümlü rəftara ehtiyac var. Çünki heç kəs möcüzə gözləməli deyil. Əlbəttə ki, Azərbaycanda dayanıqlı iqtisadiyyat mövcuddur, Dövlət Neft Fondunun ehtiyatı, digər ehtiyat vəsaitləri var. Bunlardan istifadə olunaraq manat qorunub saxlanıldı. Amma son 10-15 gündə baş verən proseslər, ABŞ-ın siyasəti hər şeyi çətinləşdirdi. Prezident İlham Əliyev də bunu öz çıxışında vurğuladı. İqtisadçılar da insanlara bəzi reallıqları çatdırmalıdırlar, eyni zamanda, burada pozitivi gözləmək lazımıdır. Mənə elə gəlir, bu vəziyyət həm də bizim resurslarımızı toplamağa, iqtisadi proseslərə daha ciddi yanaşmağa sövq etməlidir, bütün işlərdə daha qənaətcil olmalıyıq. Bu xoşagəlməz proses yeni bir inkişafın fundamenti rolunu oynamalıdır. Əminəm ki, siyasi sabitlik baxımından bu sınaqdan çıxacağıq.

– Mətbuatda yayılan məlumatlara görə, İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrup Əfv Komissiyasına 22 nəfərlik siyahı təqdim edib…

– Belə bir siyahı yoxdur. Orada iştirak edən hüquq müdafiəçilərinin özlərinin müəyyənləşdirdiyi və təqdim etdiyi siyahıdır. Biz o siyahını rəqəmindən asılı olmayaraq bölüşmürük. Hüquq müdafiəçiləri zaman-zaman adlar, siyahılar təqdim edirlər. Mətbuatda yayılan o siyahı yanlışdır. Hesab edirəm ki, bundan nə mətbuat, nə də hüquq müdafiəçiləri sui-istifadə etməməlidirlər. Bu məsələlərə ümumi qaydada qanunvericlik çərçivəsində yanaşma var və başqa hər hansı bir müstəsnalıq yoxdur. Biz kiminsə hüququnu, hansısa məhkumun və yaxud da həbs olunmuş şəxsin hüququnu digərindən fərqli bir prosedurla baxmaq qaydalarını müəyyənləşdirə bilmərik. Bu yolverilməzdir. Cəmiyyətə belə təqdim edilməməlidir ki, kimlərinsə hüquqları fərqli qaydada, fərqli prosedurda, daha əlçatan formada müdafiə olunur. Bu, yanlış yanaşmadır. Dekabrın 24-də keçirilən İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupunun iclasından sonra mətbuatdakı məlumatları oxuyub narahat oldum. Çünki istənilən məhkum sual verə bilər ki, nə üçün kimlərinsə hüquqları fərqli qorunur? Biz iclasda, sadəcə, insan hüquqları məsələsi ilə bağlı diskussiya aparırdıq. Müəyyən müraciətlər daxil olub, onlara da ümumi qaydada baxılacaq.

– Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupdan öz nümayəndəsini geri çağırmasına münasibətiniz necədir?

– Nümayəndənin geri çağırılması bizi narahat etmir. Öz işimizi davam etdiririk. Yəni İşçi Qrupda Avropa Şurasının nümayəndəsinin olub-olmamasının fərqi yoxdur.

Previous Post

`ABŞ sanksiya tətbiq edərsə, Azərbaycan ciddi ziyan çəkməyəcək`- Əli Hüseynli

Next Post

Şimali Koreyada film çəkən rus rejissorun dəhşətli xatirələri – MÜSAHİBƏ

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Şimali Koreyada film çəkən rus rejissorun dəhşətli xatirələri - MÜSAHİBƏ

Şimali Koreyada film çəkən rus rejissorun dəhşətli xatirələri - MÜSAHİBƏ

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.