ABŞ Dövlət Departamenti əvvəllər ABŞ-ın Vladivostokdakı Baş Konsulluğunda işləmiş və Rusiya tərəfindən həbs edilmiş Robert Şonova qarşı casusluq ittihamlarını rədd edib.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamenti məsələ ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Şonovun “qondarma etirafı” və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) ABŞ-ın Moskvadakı səfirliyindən iki diplomatın ittihamlarla bağlı dindirilməyə çağırılması lazım olduğu barədə açıqlamaları görülüb.
Şayəstə Hüseynova