ABŞ Alimlər Federasiyası ABŞ hakimiyyətini bu mövzuda şəffaflıq çağırışlarına baxmayaraq, nüvə arsenalları haqqında məlumatları gizlətməkdə ittiham edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti alimlərin bəyanatına istinadən yazır.
Federasiya bildirib ki, ABŞ səlahiyyətliləri onların arsenalda olan nüvə silahlarının sayı və sökülməsi gözlənilənlərlə bağlı tələblərini rədd edir. Eyni zamanda, bu cür məlumatlar daha əvvəl, o cümlədən 2021-ci ilin oktyabrında məxfilikdən çıxarılıb.
Qeyd edək ki, iyun ayında Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Rusiya və ABŞ-ın 2022-ci ildə yerləşdirilən nüvə başlıqlarının sayını artırdığını yazıb.
Havar Şəfiyeva