ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti (HHS) ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma prosesini rəsmi olaraq başa vurduğunu və bununla da Prezident Donald Trampın uzun müddətdir qarşısına qoyduğu məqsədlərdən birini yerinə yetirdiyini açıqladı.
Elchi.az xəbər verir ki, Prezident Tramp, ikinci müddətinin ilk günündə imzaladığı sərəncamla ilk müddətində başlatdığı ÜST-dən çıxma prosesini yekunlaşdırdı. ABŞ qanunlarına görə, çıxma bir illik bildiriş və bütün ödənilməmiş borcların ödənilməsini tələb edir.
Hazırda ABŞ-ın ÜST-yə təxminən 260 milyon dollar borcu var. Hüquq mütəxəssisləri bildirirlər ki, ABŞ-ın bu ödənişi etməsi ehtimalı azdır və ÜST-ün bu pulu toplamaq üçün məhdud hüquqi vasitələri var.
“Söz verdik və vədimizi yerinə yetirdik”
HHS-in bəyanatında ABŞ hökumətinin ÜST-ə verdiyi bütün maliyyələşdirmənin kəsildiyi və təşkilat daxilində çalışan bütün işçilərin və podratçıların geri çağırıldığı bildirilir. ABŞ-ın ÜST tərəfindən maliyyələşdirilən komitələrdə, rəhbərlik orqanlarında və texniki işçi qruplarında rəsmi iştirakı da başa çatıb.
Yüksək vəzifəli bir rəhbərlik rəsmisi, ÜST-ün Amerika xalqının maraqlarına zidd hərəkət etdiyini iddia edərək, “Sərmayə qoyduğumuz dəyəri, pulu və işçi heyətini geri ala bilmədik. Söz verdik və ona əməl etdik” ifadəsini işlətdi.
Şayəstə





















