Vaşinqton Rəfahda quru əməliyyatı keçirməyə alternativləri müzakirə etmək üçün İsrail nümayəndələri ilə görüş keçirmək niyyətindədir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu İllər məlumat verib.
“Dediyimiz kimi, İsrailin Rəfahda həyata keçirmək niyyətində olduğunu bildirdiyi plan səhvdir. Bu, oradakı mülki əhaliyə dəhşətli ziyan vuracaq və İsrailin təhlükəsizliyini zəiflədəcək”.
Onun sözlərinə görə, Vaşinqton israillilərə daha yaxşı alternativ təqdim edə bilmək istəyir. ABŞ bu görüşün keçirilməsini vacib hesab edir, lakin onun vaxtı ilə bağlı yeni məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Pentaqon rəhbəri Lloyd Austin bildirib ki, İsrail Rəfah şəhərində hərbi əməliyyata başlamazdan əvvəl bir milyondan çox mülki vətəndaşı təhlükəsiz yerə köçürməlidir.
Havar Şəfiyeva