Əvvəllər ABŞ hərbçilərinin olduğu Suriyadakı bütün hərbi bazalar tamamilə Suriya ordusunun nəzarətinə keçib.
Elchi.az xəbər verir ki, bu barədə ərəb respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
“XİN Suriyada Amerika qoşunlarının olduğu hərbi obyektlərin Suriya hökumətinə təhvil verilməsinin başa çatmasını alqışlayır”, — deyə nazirliyin bəyanatında bildirilir.
Məryəm





















