ABŞ yerüstü nüvə qüvvələrinin döyüş hazırlığını planlı şəkildə yoxlamaq məqsədilə, “Minuteman III” qitələrarası ballistik raketi (QBR) döyüş başlığı olmadan Kaliforniyadakı “Vandenberq” bazasından start götürüb.
Elchi.az xəbər verir ki, bu barədə bazanın “X” sosial şəbəkəsindəki mətbuat xidməti məlumat yayıb.
“GT 256″ kod adı verilən bu planlı buraxılış bir neçə il əvvəl nəzərdə tutulub və dünyada baş verən hadisələrə reaksiya xarakteri daşımır”, — deyə məlumatda bildirilir.
“Minuteman III” raketi “Vandenberq” bazasından ABŞ-nin Sakit okeandakı raket poliqonunun yerləşdiyi Kvacaleyn atolu (Marşall adaları) yaxınlığındakı bölgəyə doğru, ABŞ Sakit okean vaxtı ilə saat 00:01-də (Bakı vaxtı ilə saat 11:01-də) buraxılıb. Raketin uçuş məsafəsi təxminən 6,8 min kilometr təşkil edib.
Məryəm





















