ABŞ Qəzzadakı qətliamı “döyüş meydanı” kimi müdafiə edir

🗓 04.06.2025 11:53 ✍️ "Elçi" qəzeti
ABŞ Qəzzadakı qətliamı “döyüş meydanı” kimi müdafiə edir

ABŞ Dövlət Departamenti Qəzzada İsrail-ABŞ rəhbərliyindəki bir təşkilatın yardım paylanması zamanı 27 fələstinlinin ölməsini "döyüş meydanı" kimi dəyərləndirərək, sözügedən yardım təşkilatının ABŞ tərəfindən maliyyələşdirilmədiyini və müstəqil olduğunu müdafiə edib.
Elchi.az xəbər verir ki,bu barədə gündəlik mətbuat konfransında çıxış edən Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib.
İsrail ordusunun Qəzzada humanitar yardım gözləyən fələstinliləri hədəf alması nəticəsində 27 nəfərin həlak olması ilə bağlı suallara cavab olaraq Brüs sadəcə olaraq bu ərazinin “döyüş meydanı” olduğunu və İsrailin hadisəni araşdırdığını bildirib.
"İsrailin son hadisəni araşdırmasını təqdir edirik və bu məsələ ilə bağlı ortaya çıxacaq hesabatı təqib edib sizə məlumat verəcəyik", - Bruce deyib.
Digər tərəfdən, İsrail-ABŞ rəhbərliyindəki Qəzzaya Humanitar Yardım Vəqfi (GHF) adlı təşəbbüsün Qəzzada indiyədək 7 milyon yemək payladığını iddia edən Bruce, GHF-nin "müstəqil bir təşkilat" olduğunu və ABŞ-dan maliyyə almadığını müdafiə etdi.
Bruce, "GHF bizim layihəmiz deyil. Lakin, əlbəttə ki, Qəzzaya yardım almaq üçün daim yaradıcı həllər axtarırıq" dedi.
Brüs İran və ABŞ arasında davam edən danışıqlarla bağlı suala GHF-nin Qəzzada “7 milyon yemək” payladığını təkrarlayaraq cavab verdikdə, otaq gülüşə qərq oldu.

Şayəstə Hüseynova

Bənzər yazılar