ABŞ və Böyük Britaniyanın Minsk razılaşmalarının şərtlərinə əsasən Qara və Azov dənizlərində baza yaratmağı planlaşdırması Rusiya üçün risklər yaradırdı. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov deyib.
“Qara dənizdə Amerika, Azov dənizində isə Britaniya hərbi bazalarının yaradılması planlaşdırılırdı. Əgər xəritə təqdim etsəniz, bu, heç bir halda qəbuledilməzdir”, – diplomat Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasında iştirakından sonra keçirilən mətbuat konfransında bildirib.
Havar Şəfiyeva





















Son şərhlər