ABŞ prezidenti Co Bayden Təl-Əvivə gedərək İsraili dəstəklədiyini açıqlayıb. HƏMAS-ın Fələstini təmsil etmədiyini bildirən Bayden, Qəzzada xəstəxanaya edilən hücumla bağlı “Görünür, bunu qarşı tərəf edib” deyib. Netanyahu ABŞ-ın qeyd-şərtsiz dəstəyinə görə Baydenə təşəkkür edib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin təyyarəsi İsrailə eniş edib.ABŞ prezidenti Baydeni İsrailin baş naziri Benyamin Netanyahu və İsrail prezidenti İsaak Hersoq qarşılayıb.
İlk açıqlamalarından sonra qapalı görüş keçirən ABŞ prezidenti Bayden və İsrail baş naziri yenidən kameralar qarşısına keçib. Baydenin Vaşinqtonun ABŞ-ın təsis prinsiplərini izah etdikdən sonra Tel-Əvivi dəstəkləməyə davam edəcəyini dediyi zaman maraqlı anlar yaşanıb.
Otaqdakı izdiham arasında Qəzzada xəstəxanaya edilən hücuma görə kimin məsul olduğu barədə səslər ucaldı. ABŞ prezidenti bəyanatını dayandırıb və gözləməyə başlayıb. Daha sonra Bayden Netanyahuya üz tutaraq, “Heç nə dəyişmir. Vaşinqtonda hər şey eynidir” deyib. Bayden və Netanyahunun ikinci açıqlamaları yarımçıq kəsilib.
İsrailin baş naziri Netanyahu qeyd-şərtsiz dəstəyə görə ABŞ-a təşəkkür edib. Netanyahu HƏMAS-ın İŞİD-dən daha təhlükəli təşkilat olduğunu iddia edib.
Netanyahu Həmas hücumunda ölənlərin sayını da yeniləyib. İsrailin baş naziri: “Oktyabrın 7-də HƏMAS 1400, bəlkə də daha çox israillini öldürdü. Digər ölkələri İsrailin arxasında durmağa çağırıram”,-deyib.
Nuranə Məmmədova