Rusiya ordusu həmişə həlledici məqamlarda düşmənə qalib gələ bilib, Ukrayna bunu yadda saxlamalıdır. Elchi.az xəbər verir ki, Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Judging Freedom YouTube kanalına müsahibəsində belə deyib.
Misal olaraq komandir Aleksandr Suvorovun taktikasını göstərib: “Onun taktikası döyüş meydanında tüstü və alov pərdəsi yaratmaq üçün çoxlu sayda atıcıları ön sıraya yerləşdirmək idi” deyə Makqreqor qeyd edib. O, düşmənin heç nə görmədiyini və rus əsgərlərinin əsas hücum qüvvələrinin harada yerləşdiyini bilmədiyini izah edib.
ABŞ-dan olan polkovnikin sözlərinə görə, Ukrayna hərbçilərinə qarşı belə taktikalardan istifadə edilsəydi, onlar tələyə düşəcəkdilər. “Və çəkic onların başına düşəndə, bu, sarsıdıcı zərbə olacaq” deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Rusiya qoşunları ilə həlledici döyüşlərin vaxtını proqnozlaşdırmışdı. belə döyüşlərin yazın ortalarından axırına kimi baş verə biləcəyinə işarə edirdi.
Havar Şəfiyeva