ABŞ prezidenti Donald Tramp deyib ki, ABŞ ordusu dünyanın ən güclü ordusudur və bu, danılmazdır.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Bizim indi dünyanın ən güclü ordusu var və bu, danılmazdır.
Mən Amerikanın gücünü bərpa etdim, 10 ayda səkkiz müharibəni həll etdim, Qəzzada müharibəni dayandırdım, 3000 ildə ilk dəfə Yaxın Şərqə sülh gətirdim və həm diri, həm də ölü girovların azad edilməsini təmin etdim”, -deyə Amerika lideri Ağ Evdə həmvətənlərinə müraciətində deyib.
Tramp həmçinin 1,45 milyon ABŞ hərbçisinin ABŞ-ın yaranmasının ildönümünü qeyd etmək üçün Miladdan əvvəl 1776 dollar məbləğində hərbi mükafat alacağını açıqlayıb. Ağ Ev rəhbəri qeyd edib ki, 2025-ci il tarixin ən pis illərindən biri olmasına baxmayaraq, 2025-ci il ABŞ ordusuna işə qəbul üçün rekord qıran ildir.
Yeganə





















