ABŞ Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan gəmi göndərib.
Elchi.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
O, bu qərarı İsrailə qarşı aqressiv hərəkətlərin qarşısını almaq və HAMAS-ın İsrail ərazisinə hücumundan sonra daha böyük müharibəni qızışdırmaq cəhdləri ilə izah edib.
“ABŞ-nin hərbi mövcudluğunun bu şəkildə genişləndirilməsi bizim İsrailin təhlükəsizliyini təmin etmək üçün güclü öhdəliyimizi və dövlətlərin və ya qrupların bu müharibəni qızışdırmaq cəhdlərinin qarşısını almaq istəyimizi nümayiş etdirir”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, bu həftənin əvvəlində “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqinə gəlib.
Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri
Fransa Prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "qabaqlayıcı çəkindirmə" (forward deterrence) planı, Avropada ABŞ-dan asılılığı azaldan yeni bir nüvə təhlükəsizliyi...





















Son şərhlər