ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Nigerdə üsyançılarla görüşdən sonra bildirib ki, o, ölkədə hakimiyyəti ələ keçirən hərbçilərin hərəkətlərini konstitusiyaya zidd hesab edir. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, Nuland eyni zamanda əmin edib ki, Vaşinqton münaqişənin həlli üçün diplomatik yollar axtarmağa davam edəcək.
Onun sözlərinə görə, son danışıqlar zamanı Amerika tərəfi mövcud problemin danışıqlar yolu ilə həllində israr edib.
Qeyd edək ki, avqustun 7-də ABŞ dövlət katibinin müavini Nigerə səfər edib və burada əvvəllər ölkə prezidentini hakimiyyətdən uzaqlaşdırmış hərbçilərin nümayəndələri ilə görüşüb. Nulandın sözlərinə görə, danışıqlar çox səmimi və kifayət qədər çətin olub.
Havar Şəfiyeva