Prostat xərçəngi diaqnozu qoyulan ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan uzaqdan işləməyə davam edir.
Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pat Rayderin bəyanatında deyilir.
Onun sözlərinə görə, Ostinin vəziyyəti yaxşı kimi qiymətləndirilir.
Rayder əlavə edib ki, Ostin Pentaqonun yüksək vəzifəli əməkdaşları ilə əlaqə saxlayır, təhlükəsiz kommunikasiyalara çıxışı var və hesabatları dinləyir.
Onun bütün dünyada Amerika müdafiə departamentinin cari əməliyyatlarına nəzarət etdiyi də iddia edilir.
Nuranə Məmmədova