ABŞ Maliyyə nazirindən Afrika ölkələrinə XƏBƏRDARLIQ

39

ABŞ-ın maliyyə naziri Janet Yellen Çinlə bağlı maraqlı məqamlara toxunub. O, qeyd edib ki, Afrika ölkələri Çinin qitədəki sərmayələri ilə bağlı diqqətli olmalıdır.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Yellen milyonlarla afrikalıları yoxsulluğa sövq edən Rusiyanın qeyri-qanuni müharibəsinin qitəyə təsirini azaltmaq üçün Afrika liderləri ilə birlikdə işlədiyini vurğulayıb.

Rusiya ilə müharibənin sona çatmasının qlobal iqtisadiyyatı da yüngülləşdirəcəyini bildirən Yellen, müharibənin daha çox Afrika iqtisadiyyatına lazımsız bir yük qoyduğunu bildirib.

Afrikalıların hökumətlərindən daha şəffaf idarəçilik və hesabatlılıq tələb etdiklərini vurğulayan Yellen bunun davamlı iqtisadi artımın ilkin şərti olduğunu deyib.

Yeganə