Elchi.az xəbər verir ki, rəsmilər, yarılmaların ilkin nəticələrinə görə, cəsədi Ohayo çayında tapılan 50 yaşlı qaçan məhkum Bradley Gillespie’nin “boğularaq öldüyünü” söyləyib.
Gillespie mayın 23-də Limadakı “Allen Oakwood” həbsxanasından başqa bir məhbusla birlikdə zibillikdə gizlənərək qaçmışdı.
Digər məhbus bir gün sonra Kentukkidə tutuldu, Gillespi isə qaça bilib.
2016-cı ildən həbs cəzası çəkən Gillespie mayın 28-də Ohayo çayında tapılıb.
Nuranə Məmmədova