ABŞ istəmədən Şimali Koreyanın İT mütəxəssislərinə pul ödəməklə KXDR-in raket proqramına sponsorluq edib. Elchi.az xəbər verir ki, bu barədə “The Independent” yazır.
FTB” və Ədliyyə Departamenti rəsmilərinin bildirdiyinə görə, Şimali Koreyanın İT işçiləri illər boyu məvaciblərindən gizli şəkildə Şimali Koreyanın ballistik raket proqramına milyonlarla dollar xərcləyiblər.
İstintaq çərçivəsində federal hakimiyyət orqanları 1,5 milyon dollar və 17 domen adının müsadirə edildiyini açıqlayıb.
Məhkəmə sənədlərində iddia edilir ki, Şimali Koreya hökuməti minlərlə ixtisaslı İT işçisini ABŞ və başqa yerlərdəki şirkətləri fırıldaqçılıq yolu ilə ştatdankənar işçilər kimi işə götürmək üçün ilk növbədə Çin və Rusiyaya göndərib.
Havar Şəfiyeva