ABŞ-ın paytaxtı Vaşinqtonda yəhudi fəallar “sülh” tələbi ilə etiraz aksiyası keçiriblər. Konqresə toplaşan izdiham Amerikadan İsrailə silah dəstəyini dayandırmağı tələb edib. Polis fəalları saxlayıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda əlamətdar etiraz nümayişi keçirilib. Bir qrup yəhudi Qəzzada sülh tələbi ilə Amerika Konqresində oturaq etiraz aksiyası təşkil edib.
Qrup Konqres üzvlərini sülh bəyannaməsi hazırlamağa çağırıb və İsraildən bombardmanı dayandırmasını istəyib.
Aralarında 20-yə yaxın din xadiminin də olduğu izdiham “atəşkəs” şüarları səsləndirib. O, Amerikanı İsrailə hərbi dəstəyi dayandırmağa çağırıb.
Həmin vaxt Konqres üzvü İsrail bayrağını qaldıraraq qrupa etiraz edib.
Polis bir müddət uzaqdan izlədikləri 100-ə yaxın fəalı plastik qandallarla saxlayıb.
Nuranə Məmmədova