Qəzza zolağında xəstəxanada baş verən partlayışa görə İsrail məsuliyyət daşımır, hücum səhvən terrorçular tərəfindən həyata keçirilib. Elchi.az “The New York Times”ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin hər iki palatasının Kəşfiyyat komitələrinin rəhbərləri, senator Mark Uorner və Nümayəndələr Palatasının üzvü Mayk Törner bildiriblər.
ABŞ Konqresinin yuxarı palatasının Kəşfiyyat Komitəsinin rəhbəri senator Mark Uorner senator Marko Rubio ilə birgə bəyanat verərək, onların nəzərdən keçirdikləri sübutların inandırıcı olduğunu bildirib. “Biz əminik ki, partlayış İsrailin hava hücumu nəticəsində deyil, terrorçu yaraqlılar tərəfindən uğursuz raket buraxılışının nəticəsidir”.
Öz növbəsində onların Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsindən olan həmkarları Mayk Törner və Cim Hims oxşar bəyanat dərc ediblər.
Bildirilir ki, ABŞ kəşfiyyatı tərəfindən toplanan sübutlar arasında raketin buraxılışını göstərən peyk məlumatları da var. Açıq mənbəli videolar da təhlil edilib və bu, buraxılışın İsrail hərbi mövqelərindən həyata keçirilmədiyini sübut edib.
Havar Şəfiyeva