ABŞ səlahiyyətliləri kampuslarda insidentlərin artması səbəbindən məktəblərdə antisemitizm və islamafobiya ilə mübarizəni gücləndirəcək. Elchi.az xəbər verir ki, bu barədə “NBC News” yazır.
Qeyd olunur ki, Ağ Ev İsraillə HƏMAS arasında münaqişənin başlamasından sonra antisemitizm və islamofobiya hallarının artması səbəbindən yeni alətlər tətbiq etməyə başlayır. Bu, hüquq-mühafizə orqanları ilə əməkdaşlıqda kollec şəhərciklərində artan antisemitizm təhlükəsini həll etməyə Ədliyyə və Daxili Təhlükəsizlik Departamentlərini istiqamətləndirəcək İslamofobiya ilə mübarizə üçün milli strategiyanın yaradılmasını tələb edəcək.
Nəticədə, onlarla kibertəhlükəsizlik məsləhətçisi və Daxili Təhlükəsizlik Departamentinin məsləhətçisi getdikcə gərginləşən bir mühitdə məktəblərlə işləmək üçün təyin edilib. Bundan əlavə, növbəti həftələrdə Təhsil Departamentinin təşkilatçılığı ilə yəhudi, müsəlman, ərəb, fələstinli və siqh tələbələrinin, professor-müəllim heyətinin və işçilərin iştirakı ilə əlavə dinləmələr də keçiriləcək.
Havar Şəfiyeva