ABŞ “İslam dövləti”nin mövqelərinə yeni zərbələr endirdi

🗓 10.08.2014 10:01 ✍️ "Elçi" qəzeti

ABŞ-ın hərbi təyyarələri İraqın bir neçə bölgəsində “İslam dövləti” (keçmiş İŞİD) qruplaşmasının mövqelərinə 34e34c22bde8b7e4e4d970666e7b0026növbəti hava zərbələri endirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi Hava Qüvvələrinin pilotlu və pilotsuz təyyarələri xüsusi əməliyyata cəlb olunub.

Hava zərbələri nəticəsində ekstremistlərin bir neçə zirehli texnikası və bir yük maşını məhv edilib.

Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-də “İslam dövləti” qruplaşmasının mövqelərinə zərbə endirməyə başlayıb.

Bənzər yazılar