ABŞ Iraqa 130 hərbi müşavir göndərib

🗓 13.08.2014 09:04 ✍️ "Elçi" qəzeti
Rəsmi Vaşinqton İraqın şimalına 130 hərbi müşavir göndərib.45F27C4B-A1F3-455A-812D-9D66B7A550A6_mw1024_s_n
 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun başçısı Çak Heyqel bəyan edib.

 Onun sözlərinə görə, mütəxəssislər qrupu prezident Barak Obamanın göstərişi ilə İraqın şimal bölgəsinə göndərilib. Müşavirlər yerli əhalinin humanitar yardıma olan ehtiyaclarını öyrənəcəklər.

 Məlum olduğu kimi, rəsmi Vaşinqton  İraqın rəhbərliyinə “İslam Dövləti” terrorçu qruplaşma ilə mübarizədə köməyini vəd edib. Xatırladaq ki, ABŞ hərbi kontingenti 2011-ci ilin axırında İraqdan çıxarılıb.

Bənzər yazılar