ABŞ Maliyyə Nazirliyi İranla əlaqəsi olan iyirmidən çox şəxs, şirkət və gəmiyə qarşı sanksiya tətbiq edib.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Sanksiyalar fevralın 28-də ABŞ-İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində öldürülən İranın təhlükəsizlik və nüvə siyasətinin əsas simalarından olan Əli Şamxaninin oğlu, İranın neft maqnatı Məhəmməd Hüseyn Şamxaninin şəbəkəsini hədəfə alıb.
ABŞ Maliyyə Nazirliyi Hizbullahı maliyyələşdirməkdə ittiham etdiyi İran vətəndaşı Seyid Naimey Badroddin Musəviyə və Venesuela qızılı müqabilində İran neftinin satışı ilə bağlı çirkli pulların yuyulması sxemi ilə əlaqəsi olan üç şirkətə də sanksiya tətbiq edib.
Yeganə





















