ABŞ prezidenti Co Bayden administrasiyası və ərəb tərəfdaşlarından ibarət kiçik bir qrup İsrail və Fələstin arasında uzunmüddətli sülh üçün ətraflı, hərtərəfli planı yekunlaşdırır. Elchi.az “The Washington Post”a istinadən xəbər verir ki, o, yaxın bir neçə həftə ərzində təqdim olunacaq.
Planın hazırlanmasında iştirak edən amerikalı məmur nəşrə deyib: “Əsas məqam girovlarla bağlı razılaşmadır”.
Hərbi əməliyyatlarda gözlənilən fasilə və Fələstin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı planı yaxın gələcəkdə təqdim etmək istəyirlər. Qeyd edək ki, hazırda bu barədə ABŞ, Qətər və Misir danışıqlar aparır.
Havar Şəfiyeva