ABŞ-ın İraqdakı səfirliyi partladılıb

ABŞ-ın İraqdakı səfirliyində partlayış cümə axşamı axşam baş verib.
Elchi.az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti yazır.
Qəzet bu məlumatı müstəqil şəkildə təsdiq edə bilməyəcəyini vurğulayır.
Bu, ABŞ və Böyük Britaniyanın Yəməndəki husi hədəflərinə zərbələr endirməyə başlaması xəbərindən yarım saat sonra baş verib. Qəzet yazır ki, səfirlik həqiqətən də partladılıbsa, görünür, bu, qisas aktıdır.
ABŞ və Böyük Britaniya yanvarın 11-dən 12-nə keçən gecə Yəməndə ondan çox hədəfə zərbələr endirib. Co Bayden və Rişi Sunak hərbi əməliyyatı təsdiqləyiblər . Onlar bunun Qırmızı dənizdə husilərin hücumlarına cavab olduğunu deyirlər.
Ölkənin paytaxtı Səna , o cümlədən beynəlxalq hava limanı , liman şəhəri Hodeyda, Saada və Dhamar şəhərlərinin vurulduğu bildirilir.
Zərbələr qırıcılardan və gəmilərdən endirilib. Dağıntılar və itkilər barədə hələlik heç nə məlum deyil.
Nuranə Məmmədova