ABŞ-ın BMT-dəki Qəzza Qararı: Yeni Perspektivlər

Qəzzada atəşkəsin yaradılması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim edilən qətnamə layihəsinə ABŞ HƏMAS-ı pisləmədiyi səbəbiylə veto qoyub.
Elchi.az xəbər verir ki, BMT TŞ, şuranın 10 qeyri-daimi üzvü (E10) tərəfindən imzalanan və dünən qrup koordinatoru Sloveniya tərəfindən təqdim edilən Qəzza qətnamə layihəsini müzakirə etmək üçün toplaşıb.
İclasda humanitar vəziyyətlə bağlı təqdim edilən atəşkəs qətnamə layihəsi ilə bağlı keçirilən səsvermədə ABŞ veto hüququndan istifadə edib.
İsrailin hücumlarını davam etdirdiyi Qəzzaya mülki şəxslərə təcili müdaxilə təklif edən layihə, yenicə bitən səsvermədə lehinə 14 səs olmasına baxmayaraq veto hüququna malik daimi üzv ABŞ tərəfindən rədd edildi.
ABŞ Nümayəndəsi Doroti Şi veto qərarının səbəbi olaraq bunları qeyd etdi: "Bu qətnaməyə qarşı çıxmağımız heç də təəccüblü deyil. Nəyi ehtiva etdiyi, nəyi ehtiva etmədiyi və irəli sürülmə tərzi ilə qəbuledilməzdir". "Birləşmiş Ştatlar HƏMAS-ı qınamayan heç bir tədbiri dəstəkləməyəcəyini açıq şəkildə bildirdi", - Şi əlavə edib.
Şayəstə Hüseynova