"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

ABŞ-ın Bakıdakı səfirinin erməni təəssübkeşliyi etiraz doğurdu

27 Noyabr 2021 - 16:28
in SİYASƏT
FacebookVatsap

“Əminəm ki, Azərbaycan müxtəlif insanların tarixi-mədəni irslərinin mühafizəsinə eyni dərəcədə diqqət və qayğı ilə yanaşacaq. Bura azərbaycanlı, ermənilər və digər xalqlar daxildir. Düşünürük ki, UNESKO və digər ekspertlərin azad edilən ərazilərə daxil olmasına icazə verilməlidir. İlk addım olaraq buna ehtiyac var”.

Bunu da oxuyun

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer Bakıda “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib.

Bəs ABŞ səfiri nədən narahatdır? Niyə eyni narahatlıq həmin ərazilər erməni işğalı altında olanda, Azərbaycan abidələri ilə bağlı dilə gətirilmirdi? Bakının xahiş və tələblərinə rəğmən, UNESKO işğal altındakı durum haqqında niyə hesabat hazırlamırdı?

Sabiq dövlət müşaviri Qabil Hüseynli sərt suallarla çıxış etdi: “Bəzən adama elə gəlir ki, bunların bu məsələdən o qədər də xəbərləri yoxdur. Amma birmənalı şəkildə Amerika, eləcə də, UNESKO kimi beynəlxalq təşkilatlara istər işğaldan əvvəl, istərsə də, sonra olsun, hər şey su kimi aydındır. Digər tərəfdən, Azərbaycan tərəfi işğaldan sonra dəfələrlə səfirlərin həmin bölgələrə səfərlərini təşkil edib. Onlara hərtərəfli məlumat verilib. Şuşaya səfər zamanı ABŞ, Fransa kimi ölkələrin səfirlərinin getməməsi bir sıra məqsədləri, niyyətləri ortaya qoyur. Azərbaycan nə qədər səmimi münasibət ortaya qoyursa, əks mövqe ilə rastlaşır. Ölkəmiz mədəniyyət abidələri sırasında xristian abidələrinin də qorunmasına diqqət ayırır.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

Qabil Hüseynli: “Onun söylədiklərində siyasi yanaşma özünü açıq şəkildə büruzə verir”

Həmin torpaqlarda 67 məscid ermənilər tərəfindən dağıdılıb. UNESKO kimi təşkilatlar hara baxırdı? Azərbaycana hər hansı bir məsləhət verməyin yeri deyil. Bakının mərkəzində erməni kilsəsinə, onun içərisində olanlara necə həssaslıqla yanaşdığının şahididirlər. Hətta həmin kilsə təmir belə edildi. 30 illik işğal dövründə həmsədr ölkələrdən biri olan Amerika dağıntılara niyə susurdu? Səfirin söylədiklərində siyasi yanaşma özünü açıq şəkildə büruzə verir. Burada xristian təəssübkeşliyi açıq görünür. Bununla ABŞ başda olmaqla bir sıra ölkələr dünyaya yaymaq istədikləri mədəniyyətə kölgə salmış olurlar”.

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov: “ABŞ səfiri ona görə narahatdır ki…”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov səfirin bu cür danışmağa haqqının olmadığını söylədi: “Amerika səfiri ona görə narahatdır ki, onun ikili standartları təmsil edən ölkəsinin bir hindu qətliamları var. Hər halda atom bombasını ilk dəfə atıb iki şəhəri maddi, fiziki və mənəvi məhv edən bir ölkənin səfiri bundan narahat olmamalıdır. Eyni zamanda, Azərbaycan bu amerikanist dünya düzəninin beynəlxalq qurumlarının nazı ilə çox oynamamalıdır. Çünki onlar, hətta UNESKO belə siyasi konyukturlardan çıxış edirlər. Azərbaycan bu qurumlara rəsmi müraciətlər göndərməlidir ki, İrəvan qalası hanı? Kimsə soruşurmu?”

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı: “İkili standartlar”ını gizlədə bilmirlər”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə “ikili standart”ların açıq göründüyünü qeyd etdi: “Azərbaycan yüz illərdir ki, başqa xalqların mədəni-tarixi irslərini qoruyur və digər xalqların dininə böyük hörmətlə yanaşır. Bu gün hər kəs Azərbaycanın multikultural dəyərlərə sahib olmasından danışır. Bu gün dövlətimiz bir çox ölkələr üçün nümunədir. 30 ildir Ermənistanla düşmən səviyyəsində yaşayırıq. Ermənilər milli etnik-təmizləmə apararaq bir nəfər azərbaycanlını İrəvanda saxlamayıb, ancaq bu gün 30 min erməni Azərbaycanda hələ də öz ailələri ilə birgə yaşayır. Bu faktı UNESKO və digər beynəlxalq qurumun nümayəndələri çox yaxşı bilir. İndi ekspertlərin azad edilən ərazilərə daxil olmasına icazə verilməyimizdən danışırlar. ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer Bakıda ”Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında bu cür çıxışlar edir. ABŞ səfirinə əvvəlcə xatırlatmaq lazımdır ki, Qarabağ 30 il idi ki, işğalda idi və bu mədəni irslərə ermənilər nəzarət edirdi. Bəs 100 illər idi kim və hansı xalq bu mədəni irsləri qoruyub bu günə qədər yaşatmışdı? Əlbəttə ki, Azərbaycan xalqı! Hətta min illik dini tarixi abidələri belə xalqımız qoruyub saxlayıb. İndi 30 ildən sonra öz torpaqlarımıza qayıtmışıq və bundan sonra da yüz illərlə həmin irsi qoruyacağıq. Buna görə mənasız yerə ABŞ səfiri narahat olmasın.

Yaxşı olar ki, ABŞ səfiri niyə bu günə qədər Azərbaycanın ərazisi olan Şuşaya getməməsinin səbəbini açıqlasın. Xalqımız bu sualın cavabını gözləyir. Həmçinin də haqlı olaraq sual yaranır ki, niyə eyni narahatlıq həmin ərazilər erməni işğalı altında olanda, Azərbaycan abidələri ilə bağlı dilə gətirilmirdi? Bakının xahiş və tələblərinə rəğmən, UNESKO işğal altındakı durum haqqında niyə hesabat hazırlamırdı? Bütün bunlar onu deməyə əsas verir ki, “ikili standartları”nı gizlədə bilmirlər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Previous Post

ABŞ-ın Bakıdakı səfirinin erməni təəssübkeşliyi etiraz doğurdu

Next Post

Papikyan ordu rəhbərliyini topladı: islahatlar aparılır

Bənzər yazılar

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

05 İyun 2026 - 21:25

ABŞ ilə müharibənin yenidən başlaması halında, İran hələ hücuma məruz qalmamış Amerika bazalarına zərbələr endirməyə hazırdır. Elchi.az xəbər verir ki,...

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

05 İyun 2026 - 19:28

5 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Anderson ilə...

Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

05 İyun 2026 - 19:19

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir:...

Milli Məclisin iclası keçirilir

Milli Məclisin komissiyası CNN-i iddialarını sübut edəcək faktları təqdim etməyə çağırıb

05 İyun 2026 - 19:05

2026-cı il iyunun 5-də CNN transmilli media şirkətinin “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana...

Next Post
Papikyan ordu rəhbərliyini topladı: islahatlar aparılır

Papikyan ordu rəhbərliyini topladı: islahatlar aparılır

Papikyan ordu rəhbərliyini topladı: islahatlar aparılır

Papikyan ordu rəhbərliyini topladı: islahatlar aparılır

Son xəbərlər

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05 İyun 2026 - 21:29
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

05 İyun 2026 - 21:25
Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

05 İyun 2026 - 19:28
Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

05 İyun 2026 - 19:27
Livan şərtini açıqladı

Livan şərtini açıqladı

05 İyun 2026 - 19:26
Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25
Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

05 İyun 2026 - 19:19
Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

05 İyun 2026 - 19:18
ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

05 İyun 2026 - 19:16
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

05 İyun 2026 - 19:12
Milli Məclisin iclası keçirilir

Milli Məclisin komissiyası CNN-i iddialarını sübut edəcək faktları təqdim etməyə çağırıb

05 İyun 2026 - 19:05
BƏƏ Rusiya və Ukrayna arasında əsir mübadiləsində vasitəçiliyini davam etdirəcək

BƏƏ Rusiya və Ukrayna arasında əsir mübadiləsində vasitəçiliyini davam etdirəcək

05 İyun 2026 - 19:00
Portuqaliya Prezidenti dövlət başçısı İlham Əliyevə təbrik ünvanlayıb

Portuqaliya Prezidenti dövlət başçısı İlham Əliyevə təbrik ünvanlayıb

05 İyun 2026 - 18:54
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

05 İyun 2026 - 18:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.