Ötən gün İranın atom elektrik stansiyasının yerləşdiyi Nətənz şəhərindəki partlayışlarla bağlı sensasion məlumat yayılıb.
Elchi.az xəbər verir ki, sosial şəbəkədə (“Mirzə” səhifəsi) İranın hava məkanına 5 PUA-nın daxil olduğu bildirilib.
Qeyd edəilib ki, İranın Bavar-373 və Rusiyadan alınan S-300 raket kompleksləri onların heç birini sərhəddən keçərkən vura bilməyib.
“PUA-lar Nətənz obyektinə yollanıb və obyektin üzərində 40 dəqiqə uçuş ediblər. PUA-lara atəş açıldıqdan sonra raketlərin qalıqları obyektin yaxınlığındakı kəndlərə düşüb.
Hava Hücumundan Müdafiə Sistemləri uzun mübarizələrdən sonra obyektin yaxınlığında 1 ədəd PUA-nı zərərsizləşdirməyi bacarıb. Hadisə zamanı İran ordusunun radio-elektron mübarizə sistemindən istifadə etməsi ətrafdakı şəbəkələrin dağılmasına səbəb olub”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən gün Nətənzdəki partlayışlarla bağlı məlumat yayılmışdı. “Fars” xəbər agentliyi bir PUA-nın vurulduğu haqda məlumat yaymışdı.
İranın Milli Təhlükəsizlik Ali Şurasına bağlı “Yeni xəbər” isə ümumiyyətlə PUA hücumunu istisna etmiş və mümkün hücuma qarşı raket sınağı həyata keçirildiyini yazmışdı.
İddialarda PUA-nın ABŞ-a məxsus olduğu da bildirilirdi.
Xatırladaq ki, Vyana danışıqlarının getdiyi zaman 5 PUA-nın casus fəaliyyəti aparması İranın nüvə fəaliyyətinin öyrənilməsi baxımından diqqət çəkib.