ABŞ Ordusu bu ilin sonuna qədər cəmi 80 ədəd “Patriot” ələkeçirici raketi təhvil alacaq. Bu rəqəm İranın həyata keçirdiyi tək bir hücumu dəf etmək üçün istifadə olunan raketlərin sayından belə azdır.
Elchi.az bu barədə Pentaqonun təchizat cədvəlinə əsasən xəbər verir.
Cədvələ görə, ABŞ Ordusunun sentyabrdan dekabra qədər hər ay 20 ədəd PAC-3 MSE raketi təhvil alması nəzərdə tutulub. Daha 88 raketin isə cari ilin yanvar və aprel ayları arasında təhvil verilməsi planlaşdırılmışdı.
Beləliklə, qurumun məlumatına görə, ABŞ Ordusu 2026-cı ildə ümumilikdə 168 yeni ələ keçirici raket əldə edəcək.
Qrafikdəki fasilələr xarici sifarişlərin yerinə yetirilməsi ilə bağlıdır. Pentaqonun sənədlərinə əsasən, “Xarici Hərbi Satışlar” proqramı çərçivəsində həm ABŞ, həm də xarici sifarişçilər üçün PAC-3 MSE ələ keçirici raketlərinin istehsalında vahid istehsal xəttindən istifadə olunur.
Bundan əlavə, əvvəllər də bildirildiyi kimi, ABŞ hərbçiləri avqustun 31-nə keçən gecə İordaniyadakı ABŞ obyektlərinə qarşı həyata keçirilən bir İran hücumunu dəf edərkən 80-dən çox “Patriot” ələkeçirici raketindən istifadə ediblər; bu isə ABŞ-ın həmin raketlərdən ibarət mövcud ümumi ehtiyatının təxminən 10%-ni təşkil edir.
Həmin hücumdan əvvəl də “Patriot” raketlərinin ehtiyatları artıq ciddi şəkildə azalmışdı. İranla müharibənin beş ayı ərzində ABŞ Ordusu özünün uzaqmənzilli və yüksək dəqiqlikli raket arsenalının əhəmiyyətli bir hissəsini sərf etmişdi.
Yeganə





















