ABŞ Mərkəzi Komandanlığı Yəmənin Husi Ənsar Allah hərəkatının pilotsuz uçuş aparatının bazasına zərbə endirdiyini bildirib. Elchi.az xəbər verir ki, bu barədə “Twitter” sosial şəbəkəsindəki komanda səhifəsində dərc olunub.
Komandanlıq Qırmızı dənizdə gəmiçilik üçün təhlükə yaradan pilotsuz uçan aparatların yerinin aşkar edildiyini açıqlayıb. Hərbçilər zərbəni özünümüdafiə və ticarət gəmilərini qorumaq məqsədilə həyata keçirdiklərini vurğulayıblar.
“ABŞ ordusu İranın dəstəklədiyi Husilərin yerüstü idarəetmə stansiyasına və 10 birtərəfli pilotsuz uçan aparata zərbələr endirib”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Ənsar Allah nümayəndələri ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Gravely” gəmi əleyhinə raketlərlə hücum edildiyini bildirmişdilər. Hərəkat bu cür hücumların xarici müdaxilə cəhdlərinə qarşı ölkənin özünümüdafiəsində davam edəcəyini bildirib.
Havar Şəfiyeva