Birləşmiş Ştatlar Yəmən husilərinin Ədən körfəzində ABŞ-ın Chem Ranger adlı gəmisinə raket hücumu təşkil etdiyini təsdiqləyib. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
“Yanvarın 18-də husilər Chem Ranger-ə iki gəmi əleyhinə ballistik raket atıblar”, – hesabatda deyilir.
Lakin hadisə nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Havar Şəfiyeva