ABŞ Hind-Sakit okeanda yeni Kosmik Qüvvələri Komandanlığı yaradacaq

39

Elchi.az xəbər verir ki, ABŞ Hind-Sakit Okean Qüvvələri bölgədə Kosmik Qüvvələr Komandanlığı quracağını açıqlayıb.
ABŞ-ın Hind-Sakit Okean Qüvvələri (INDOPACOM) tərəfindən yaradılacaq yeni Kosmik Qüvvələri Komandanlığı Çin və Şimali Koreyanın ballistik raket təhdidlərinə qarşı ABŞ-ın müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır.
Digər tərəfdən qeyd edilir ki, sözügedən element INDOPACOM kimi hər hansı döyüş komandanlığı altında qurulan ilk Kosmik Qüvvələr Komandanlığı olacaq.
INDOPACOM Twitter-də yeni ABŞ Kosmik Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının sabah keçiriləcək mərasimlə təqdim ediləcəyini açıqlayıb.
ABŞ Kosmik Qüvvələri 2019-cu ilin dekabrında “millətin kosmosda maraqlarını qorumaq, kosmosa hücumların qarşısını almaq və kosmik əməliyyatlar aparmaq” missiyası ilə yaradılıb.

Şayəstə