ABŞ prezidenti Donald Tramp ABŞ-ın hazırda İranla danışıqlar apardığını açıqlayıb.
Elchi.az xəbər verir ki, “bəli, biz hazırda onlarla danışıqlar aparırıq”,-deyə Tramp Ağ Evdə keçirilən mərasimdə jurnalistlərin sualını cavablandırarkən təsdiqləyib.
Fevralın 1-də İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran və Vaşinqton yaxın gələcəkdə ədalətli nüvə sazişi əldə edə bilərlər.
Bir gün əvvəl İranın Ali Rəhbərinin müşaviri admiral Əli Şamxani ABŞ-ın qarşılıqlı addımları müqabilində Tehranın nüvə gərginliyini azaltmağa hazır olduğunu açıqlamışdı. O, bəyan edib ki, əgər Vaşinqton güzəştə getmək istəsə, İran uranın zənginləşdirmə səviyyəsini indiki 60%-dən 20%-ə endirməyi düşünür.
O, həmçinin təsdiq edib ki, İranın nüvə proqramı sırf dinc xarakter daşıyır və uranın 60%-ə qədər zənginləşdirilməsi milli təhlükəsizliyin möhkəmləndirilməsi və beynəlxalq ictimaiyyətlə gələcək dialoq üçün danışıqlar mövqeyinin yaradılması məqsədlərinə xidmət edir.
Yeganə



















