ABŞ Hərbi Dəniz Qüvvələri Avropaya gələcək

67

ABŞ Hərbi Dəniz Qüvvələrinin ikinci aviadaşıyıcı zərbə qrupu noyabrda Avropaya gələcək.

Vaşinqton Avropaya əlavə hərbi gəmilər göndərib.

Elchi.az bildirir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə təyyarədaşıyan gəmisi “USS Gerald Ford”un təqribən iki həftə sonra İngiltərənin cənubunda yerləşən Portsmut dəniz bazasına gələcəyi gözlənilir. Gəmimin dəqiq gəliş tarixi hələ ki, açıqlanmır.

Rəsmi Pentaqon bu məlumatı təsdiqləməsə də, təkzib də etməyib.

“USS Gerald Ford” hal-hazırda Kanada sahillərində “Halifax”limanına çatıb.

Xatırladaq ki, hazırda Avropa sahillərində Amerikanın “USS Corc Buş” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ hərbi gəmiləri də var.(sfera.az)