Bir neçə ay ərzində aparılan gizli diplomatik danışıqlar ABŞ-ın İran neftinə qarşı sanksiyalarının yumşaldılmasına səbəb olub.
Elchi.az bu barədə Bloomberg.com-a istinadən bildirir.
2018-ci ilin noyabr ayından ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası ikinci dərəcəli sanksiyalarla hədələyərək digər ölkələrə İran neftinin idxalını qadağan edib. Hazırkı hakimiyyət Tehrana təzyiqləri azaldıb. Məlumatı agentliyə bir neçə anonim Amerika rəsmisi təsdiqləyib.
Vaşinqton, əvvəllər olduğu kimi, İran neftinin Avropa İttifaqı (Aİ), Cənubi Koreya və Yaponiyaya tədarükünə razı deyil, eyni zamanda, Tehranın Pekinlə ticarət dövriyyəsinin artırılmasına icazə verir.
Sanksiyaların gizli yumşaldılması fonunda İran neft hasilatını sutkada 3 milyon barrelə çatdıra bildi ki, bu da son beş ildə ən yüksək göstəricidir.
Yeganə