ABŞ generalı Milley: Ukraynadakı münaqişə 2023-cü ildə bitməyəcək

95

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukraynadakı münaqişənin bitmə vaxtı barədə danışıb. Elchi.az xəbər verir ki, “Foreign Affairs” jurnalına müsahibəsində o, döyüşlərin 2023-cü ildə bitməsinin çətin olduğunu deyib.

“İnanıram ki, tərəflərdən hər hansı birinin öz siyasi məqsədlərinə çatması – müharibə isə siyasi məqsədlərə hərbi yolla nail olmaq deməkdir, bu çox çətin olacaq və açığını desəm, bunun bu il baş verəcəyi ehtimalının olduğunu düşünmürəm”.
Qeyd edək ki, mayın əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə Mark Milli arasında telefon danışığı olub. Söhbət zamanı Zalujnı cəbhə xəttindəki vəziyyətdən danışıb və Ukraynaya lazımi miqdarda silahların vaxtında göndərilməsinin zəruriliyi məsələsini qaldırıb.

Havar Şəfiyeva