Birləşmiş Ştatlar keçmiş ABŞ prezidenti Co Baydenin rəhbərliyi altında 2024-cü ildə Yeddilik Qrupu (G7) ölkələri tərəfindən razılaşdırılmış kredit xəttinin son tranşlarını ödədikdən sonra Ukraynaya yardımını azaltmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Aİ diplomatik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Amerika tərəfi bu barədə dekabrın 8-də G7-nin maliyyə nazirləri və aparıcı beynəlxalq maliyyə təşkilatları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlərinin videokonfrans iclasında bildirib.
ABŞ, Yaponiya kimi, Aİ-nin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək planına qoşulmaqdan imtina etdi.
Oktyabrın 2-də Politico, G7-yə daxil olan Aİ ölkələrinin ərazilərindəki Rusiya aktivlərini müsadirə etmək üçün Yaponiya və ABŞ-a təzyiq etdiyini bildirdi.
Dekabrın 3-də ABŞ-ın hazırkı prezidenti Donald Tramp bəyan edib ki, ABŞ artıq Ukraynaya yardım üçün öz vəsaitlərini xərcləmir və NATO Kiyevə çatdırılmaq üçün Vaşinqtondan silah alır.
Yeganə





















