ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Riqada görüşüb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN rəhbəri “Twitter”də bildirib.
Görüş NATO ölkələri XİN başçılarının sammiti çərçivəsində baş tutub.
Mövlud Çavuşoğlunun sözlərinə görə, görüşdə ABŞ-Türkiyə münasibətləri, eyni zamanda Efiopiya, Ukrayna, Suriya və Qafqazdakı son vəziyyət müzakirə olunub.
![ABŞ Dövlət katibi və Çavuşoğlu Qafqazdakı son vəziyyəti müzakirə edib](https://apa.az/storage/news/2021/december/01/big/61a77d646a8f861a77d646a8f9163836656461a77d646a8f661a77d646a8f7.jpg)